“Bizdə oxuduğunu anlamaq və suala cavab vermək bacarığı aşağıdır” - ELM VƏ TƏHSİL NAZİRİ

“Bizdə oxuduğunu anlamaq və suala cavab vermək bacarığı aşağıdır” - ELM VƏ TƏHSİL NAZİRİ

“Biz başa düşməliyik ki, oxu bacarığı insanlara çətin gələ bilər. Çünki biz buna vərdiş etməmişik. Amma oxu bacarığı dünyada oxuduğunu anlamaqdır”. SİA xəbər verir ki, bu sözləri “45 dəqiqə” təhsil proqramında Elm və Təhsil naziri Emin Əmrullayev deyib.

Onun sözlərinə görə, müəllim və cəmiyyət sahəsində oxuduğunu anlamaq və suala cavab vermək bacarığı aşağıdır: “Bunu şəxsi, yaxud təhqir kimi qəbul etmək lazım deyil. İnsan həqiqətən də oxuduğunu və dinlədiyini anlayanda bu artıq bacarıqdır.

İnsanlar bir fikri dinləyib tamamilə fərqli cür başa düşür. Yəni, fikirləri qarışdırır. Bunlar əmək bazarına ciddi təsir edir”.

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə