“Vətənpərvər insan mütləq savadlı olmalıdır deyə bir şərt yoxdur” - EMİN ƏMRULLAYEV

“Vətənpərvər insan mütləq savadlı olmalıdır deyə bir şərt yoxdur” - EMİN ƏMRULLAYEV

“Təhsilin məzmunu 2 əsas istiqamətdən ibarətdir. Onlardan birincisi vətənpərvərlikdir”.

SİA-nın məlumatına görə, bu sözləri “45 dəqiqə” təhsil proqramında Elm və Təhsil naziri Emin Əmrullayev deyib.

Nazir qeyd edib ki, vətənpərvər insan mütləq savadlı olmalıdır deyə bir şərt yoxdur: “Savadsızlar da vətənini sevə bilər.

İkincisi isə bəlli qlobal standartlar var. Dünyada olan qiymətləndirmələr var ki, bunlar da önəmlidir. Milli komponentdə azərbaycanlı uşaqlar Azərbaycanın istər tarixini, istərsə də coğrafiyasını bilməlidirlər”.

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə