6-cı qrant müsabiqənin qalibləri təlimlərə başladı - SƏS TV

6-cı qrant müsabiqənin qalibləri təlimlərə başladı - SƏS TV

Elm və Təhsil Nazirliyinin həyata keçirdiyi 6-cı qrant müsabiqəsinin bölgədə ilk dəfə olaraq qalibi olmuş Ağstafa rayonun Aşağı Göycəli kənd tam orta məktəbi, “Khan Academy” platform layihəsi çərçivəsində şagird və müəllimlər arasında bu ilin sentyabr ayından təlimlərə start verib. Layihə rəhbəri Əhəd Musayev qeyd edib ki, hazırda təlimlər məktəbin 4-cü sinif şagirdləri üçün davam edir və tədris ilinin sonuna qədər 2,3,4 və 5-ci sinif şagirdləri də bu layihədə iştirak edəcəklər. “Khan Academy”nin eksperti Gülzar Kərimova layihənin şagirdlər arasında onlayn dərslərin keçirilməsində xüsusi rol oynadığını , onlarda böyük maraq və həvəs yaratdığını bildirib.

Şagirdlər isə layihə çərçivəsində bir çox biliklərə yiyələndiklərini bildiriblər.

Valideynlər də həmçinin övladlarının belə bir layihədə iştiraklarından razı qaldıqlarını vurğulayıblar.

Qeyd edək ki, layihə ingilis və Azərbaycan dilində tədris edilir. Hazırda 4-cü siniflər üçün riyaziyyat fənninin Azərbaycan dilində tədrisi davam etdirilir.

Müəllif: Cabir Məmmədov

Bütün xəbərlər Facebook səhifəmizdə