Naxçıvan Dövlət Universitetinin Elmi Kitabxanasında şair, dramaturq Hüseyn Cavidin 140 illik yubileyi qeyd edilib. Universitetin Televiziya, mətbuat və ictimaiyyətlə əlaqələr bölməsindən SİA-nın Naxçıvan bürosuna bildirilib ki, tədbirdə çıxış edən Elmi Kitabxananın direktoru Fariz Əhmədov şairin keçdiyi əzablı yol, yaradıcılığı dövründə qarşılaşdığı çətinliklər barədə danışıb.
AMEA Naxçıvan Bölməsi İncəsənət, Dil və Ədəbiyyatşünaslıq şöbəsinin müdiri, filologiya üzrə fəlsəfə doktoru, dosent Ramiz Qasımov çıxışında Hüseyn Cavidin Azərbaycan romantizminin inkişafındakı əvəzsiz rolundan, əsərlərindəki obrazların xalqımıza aşıladığı mübarizlik ruhundan və I Dünya müharibəsi dövründə yazdığı əsərlərdən söhbət açıb. Şairin yazdığı “Azər” poemasının avtobioqrafiq səciyyə daşıdığı diqqətə çatdırılıb.
Universitetin “Qeyrət” nəşriyyatının direktoru, filologiya üzrə fəlsəfə doktoru, dosent Əli Həşimli şairin irsinin öyrənilməsinin və gələcək nəsillərə çatdırılmasının önəmini vurğulayıb. Əli Həşimli Hüseyn Cavidin klassik düşüncəsinin inkişafında Sidqi məktəbinin rolundan söz açıb, şairin Azərbaycan dramaturgiyasına bəxş etdiyi əsərlərdən danışıb. Şairin və Məmməd Səid Ordubadi yaradıcılığının bənzər nüansları tədbir iştirakçılarının diqqətinə çatdırılıb.
Sonda Hüseyn Cavidin “Azər” poemasından parçalar bədii qiraəti edilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB