Əcnəbi tələbələrimizin sayı artıb

Əcnəbi tələbələrimizin sayı artıb

Azərbaycanın dövlət və qeyri-dövlət ali təhsil müəssisələrində bakalavriat və magistratura səviyyələrində xarici ölkələrin 5765 vətəndaşı təhsil alır. Onların 705-i MDB ölkələrinin, 5060-ı isə digər ölkələrin payına düşür. Əcnəbi tələbələrin sırasında Qazaxıstan, Rusiya, Türkmənistan, Gürcüstan, Özbəkistan, Ukrayna, Türkiyə, İran, Çin və İraq vətəndaşları üstünlük təşkil edirlər.

SİA AZƏRTAC-a istinadən xəbər verir ki, bu məlumat Dövlət Statistika Komitəsinin yenicə çapdan çıxmış “Azərbaycanda təhsil, elm və mədəniyyət-2022” adlı məcmuəsində əks olunub. Məcmuədə bildirilir ki, ölkəmizin ali məktəblərində təhsil alan əcnəbi tələbələrin sayında artım müşahidə olunub. Belə ki, Azərbaycanın dövlət və qeyri-dövlət ali təhsil müəssisələrində 2020/2021-ci tədris ilində 5256, 2010/2011-ci tədris ilində 4723 əcnəbi tələbə təhsil alıb. Bu rəqəm 2000/2001-ci tədris ilində isə 1870 nəfər olub.

Bütün xəbərlər Facebook səhifəmizdə