"Müsahibə yalnız liseylərin tələblərinə daxil ola bilər" - EKSPERT DANIŞDI
“Şagirdlər birinci sinfə yalnız rus bölməsi üçün xüsusi müsahibə ilə qəbul olunur. Azərbaycan bölməsi üçün isə belə bir müsahibə ənənəsi yoxdur. Bu yalnız liseylərin tələblərinə daxil ola bilər”. Bu sözləri SİA-ya açıqlamasında təhsil eksperti İlqar Orucov bildirib.

Onun sözlərinə görə, tam orta məktəblərdə Azərbaycan bölməsi üzrə belə bir tələb yoxdur: “Əgər yaşı çatıbsa uşaq birinci sinifdə tədrisə başlamalıdır. Birinci sinifə qəbul zamanı valideynlərin uşaqlarını yaxınlıqdakı məktəbə qoya bilməməsi problemi xüsusilə aktualdır. Bakı şəhərində son illərdə əhalinin kütləvi məskunlaşması və həm də bu məskunlaşmanın plansız aparılması buna gətirib çıxarır ki, əksər yeni salınan ərazilərdə ciddi məktəb çatışmazlığı müşahidə olunmaqdadır. Xüsusilə Bakıya yaxın Abşeron rayonu üçün bu məsələ daha xarakterikdir. Bu baxımdan insanların yaşadığı ərazilər üzrə məktəblərin tikilməsi ilə bağlı artıq Elm və Təhsil Nazirliyi işə başlayıb. İnsanların yaşadığı ərazilərə yaxın yeni məktəb binalarının tikintisi nəzərdə tutulur.
Təəssüf ki, elə yaşayış məntəqələri var ki, orada sadəcə olaraq tikinti üçün əlavə bir yer yoxdur. Həmin ərazidə məktəb tikintisini başlamaq və bunu davam etdirmək qeyri-mümkündür. Eyni zamanda burada Elm və Təhsil Nazirliyi ilə yanaşı şəhər planması ilə bağlı qurumlar da kifayət qədər məsuliyyət daşıyır. Hətta valideynlər belə yaşayış ərazisi seçdikdə mütləq ərazi daxilində məktəb, bağça, xəstəxana kimi vacib binaların yerləşdiyindən əmin olmalıdırlar”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB