Rusiya-Ukrayna cəbhəsində son vəziyyət NECƏDİR? - POLİTOLOQ DANIŞDI

Rusiya-Ukrayna cəbhəsində son vəziyyət NECƏDİR? - POLİTOLOQ DANIŞDI

“Rusiya-Ukrayna cəbhəsində vəziyyətin qışa doğru gərginləşəcəyi proqnozlaşdırılır”. Bu fikirləri SİA-ya açılamasında politoloq Tural İsmayılov bildirib.

Politoloq qeyd edib ki, hazırda Rusiyanın əsas məqsədi Ukrayna istiqamətində özü üçün əlverişli olan mövqelərin artırılmasıdır: “Ukrayna Rusiya tərəfindən görüşlərlə bağlı edilən sətiraltı mesajlara siyasi cavablar vermir. Buna görə də Rusiya Ukraynada daha sərt addımlar atır. Ukraynanın müdafiə sənayesi ilə bağlı məhsullarının ixracı kəskin həddə çatıb. Rusiya rəhbərliyində təmsil olunan yüksək rütbəli məmurlar hazırda Rusiyanın təkcə Ukrayna ilə deyil, həmçinin NATO ilə savaşdığını qeyd edir. Rusiyanın Kiyevdə sonuncu gərgin addımlarının əsas səbəblərindən biri Rusiyanın tələblərinin yerinə yetirilməməsi ilə bağlıdır. Ukrayna da anlayır ki, bu qədər insan və ərazi itkisindən sonra Rusiya ilə hansısa danışıqlar aparmaq hazırki hakimiyyətini daha da məğlubiyyətə uğradacaq”.

Müəllif: Banuçiçək Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə