"Bakı məktəblərində istilik sistemi ilə bağlı testlər aparılır" - Mehriban Vəliyeva
"Payız- qış mövsümi ilə əlaqədar olaraq məktəblərimizdə hazırlıq işlərinə başlanılıb". SİA xəbər verir ki, bu sözləri jurnalistlərə açıqlamasında Bakı şəhəri üzrə Təhsil İdarəsinin müdiri Mehriban Vəliyeva bildirib.
Mehriban Vəliyeva qeyd edib ki, Bakı şəhər üzrə Təhsil İdarəsi Təhsil Nazirliyi, "Azəriqaz", "Azərsu" qurumları ilə birgə şəkildə görüş keçirirək məktəblərimizdə mövcud olan problemlərlə bağlı müzakirələr aparılıb: "Hazırda məktəblərdə istilik sisteminin yoxlanılması üçün testlər keçirilir. Aparılan araşdırmalar nəticəsində də meydana gələn problemlərin həlli istiqamətində də proseslər davam etdirilir. Düşünürəm ki, uşaqlarımız payız-qış mövsümündə isti bir mühitdə təhsillərini davam etdirəcəklər".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB