Kərküklü şagirdlərə yardım göndərilib - FOTOLAR

Azərbaycan Respublikasının İraq Respublikasındakı səfirliyinintəşəbbüsü ilə Azərbaycan Respublikasının Beynəlxalq İnkişafaYardım Agentliyi (AIDA) tərəfindən yeni dərs ilinin başlanmasıilə əlaqədar İraqın Kərkük şəhərində yerləşən Füzuli adınaorta məktəbin şagirdlərinə yardım göndərilib. SİA xəbər verir ki, 120 ədəd məktəb çantası və müvafiq dərs ləvazimatlarındanibarət yardım oktyabr ayının 2-də Azərbaycanın İraqdakımüvəqqəti işlər vəkili Nasir Məmmədov tərəfindən şagirdlərətəqdim edilib. Mərasimdə İraq Respublikasının Kərkükşəhərinin Təhsil baş idarəsinin rəisi Nurhan Xəlil Abdullah, İraq Türkmən Cəbhəsinin (İTC) sədri Həsən Turan və məktəbrəhbərliyi iştirak edib. İraq və Azərbaycan bayraqları, eləcə də hər iki bayrağın əksolunduğu xüsusi döş nişanları ilə birlikdə müəllif BəhramBağırzadənin imzası ilə uşaqlar üçün “Şuşa” kitabı da çantalara əlavə edilib.

Qeyd edək ki, sözügedən təhsil ocağının 1-6-cı siniflərində, əsasən İraq türkmənləri olmaqla, ümumilikdə 120-yə yaxınşagird türkmən dilində təhsil alır. Xatırladaq ki, Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinəzdində fəaliyyət göstərən AIDA 2011-ci ildə təsis edilib vəəsas məqsədi ölkəmizin beynəlxalq inkişafa yardımfəaliyyətinin əlaqələndirilməsi və həyata keçirilməsidir.

Bütün xəbərlər Facebook səhifəmizdə