"Bu məktəb Azərbaycan təhsilində yeni nəfəs olacaq" - TƏHSİL NAZİRİ AÇIQLADI

"Hər bir məktəbin açılışı bayramdır. Beynəlxalq Maarif Məktəblərinin də Azərbaycanın təhsil sistemində yeni bir nəfəs olacağına inanıram". SİA xəbər verir ki, bu sözləri Təhsil naziri Emin Əmrullayev Beynəlxalq Maarif Məktəblərinin açılış mərasimində qeyd edib.

Nazir bildirib ki, istənilən təhsil ocağının əsas hissəsi orada yaradılmış infrasturuktur deyil, həmin məktəbdə yaradılan insanların keyfiyyətidir: "Təbii ki, bu məktəbin özünəməxsus bir sıra xüsusiyyəti var. Azərbaycanın 44 günlük Vətən müharibəsində Zəfər çalmasında Türkiyənin böyük köməyi oldu. Son 2 ildə Türkiyə Cümhuriyyətinin səfirliyi və bakanlığı ilə birlikdə türk şagirdlərini Azərbaycana dəvət edərək onları Şuşaya aparıb, öz tariximizlə tanış edirik. Azərbaycanda özəl təhsil sistemi yeni anlayışdır və cəmiyyətimiz bu ifadəyə hələ də alışmayıb. Digər sahələrdə olduğu kimi təhsil sahəsində də Azərbaycan-Türkiyə əlaqələri yüksək səviyyədə inkişaf edir".

Müəllif: Banuçiçək Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə