UNEC Avropa komissiyasının Erasmus+ proqramının iki müxtəlif çağırışı üzrə koordinator olaraq - Erasmus+ KA2 (Capacity building in higher education) və Jean Monnet modul proqramının qalibi olub.
UNEC-in qalib olduğu “REFRESH” layihəsi Azərbaycan universitetlərində yaşıl və davamlı iqtisadi təkmilləşdirməni hədəfləyir. Layihədə Avropa və Azərbaycan universitetləri də olmaqla 15 tərəfdaş iştirak edir.
UNEC eyni zamanda “Dayanıqlı Avropa üçün Rəqəmsal Sahibkarlıq Strategiyaları (DigiShip)” adlı Erasmus+ Jean Monnet modulunun da qalibi olub. Layihənin məqsədi Avropa təcrübəsi əsasında rəqəmsal sahibkarlıq fənninin tədrisini təkmilləşdirilməkdir.
Bütün xəbərlər Facebook səhifəmizdə