Qərbi Kaspi Universitetində Beynəlxalq Forum keçirilib - TƏDBİR FOTOLAR

Qərbi Kaspi Universiteti və dünyanın ən nüfuzlu reytinq təşkilatlarından biri olan Times Higher Education təşkilatının birgə təşkilatçılığı Bakıda beynəlxalq təhsil forumu keçirilib. SİA xəbər verir ki, Qərbi Kaspi Universitetinin professoru Hüseyn Bağırov qonaqları salamlayaraq yeni dünya düzənində universitetlər qarşısında çağırışlar fonunda Qərbi Kaspi Universitetinin atdığı addımlara toxunub, bu yöndə beynəlxalq tərəfdaşlarla əməkdaşlığın səmərəli olduğuna diqqət çəkib.

"Davamlı gələcək üçün tərəfdaşlar" mövzusuna həsr olunan Forumda BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərindən irəli gələn çağırışlar, təhsilin üzləşdiyi problemlər və onların həlli yolları nəzərdən keçirilib.

Tədbirdə ABŞ, Almaniya, Britaniya, Çin, Birləşmiş Ərəb Əmirlikləri, Türkiyə, Portuqaliya, Pakistan, Malaziya, Gürcüstan, Qazaxıstan, Özbəkistan, Tacikistan və s. onlarla ölkədən tədqiqatçı, professor, ekspertlər fiziki və onlayn rejimdə iştirak ediblər.

Bütün xəbərlər Facebook səhifəmizdə