Yeni tədris ilində BDU-ya 5415 tələbə qəbul olunub - QURUMDAN AÇIQLAMA

"2022/2023-cü tədris ilində Bakı Dövlət Universitetinə (BDU) ödənişli əsaslarla 1516 nəfər, dövlət sifarişi əsasında 3899 nəfər olmaqla 5660 nəfər qəbul olunub".

Bu sözləri SİA-nın sorğusuna cavab olaraq BDU-nun ictimaiyyətlə əlaqələr və informasiya şöbəsinin müdiri, mətbuat katibi Kəmalə Quliyeva deyib.

Kəmalə Quliyeva qeyd edib ki, ilkin nəticələrə görə, 5415 tələbə qeydiyyatdan keçərək BDU ailəsinə qoşulub: "Beləliklə, BDU-ya qəbul planı 96% dolub. Qəbul olanların 1733 nəfəri kişi, 3682 nəfəri isə qadındır. 284 tələbə 600-700, 1121 tələbə isə 500-600 arası bal toplayıb. Müsabiqədən kənar qəbul olan tələbələrin sayı 46-dır.

2022/2023-cü tədris ilində BDU-nun magistraturasına 975 nəfər qəbul olunub. Onlardan 311 nəfəri kişi, 664 nəfəri qadındır".

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə