Direktorların işə qəbulu üzrə esse mərhələsi keçiriləcək

Oktyabrın 1-də şagird sayı 500-dən çox olan ümumi təhsil müəssisələrinə direktorların işə qəbulu üzrə müsabiqənin esse mərhələsi keçiriləcək.

Bu barədə SİA-ya Elm və Təhsil Nazirliyindən məlumat verilib.

Esse mərhələsi Bakı və Sumqayıt şəhərlərində keçiriləcək. Bu barədə məlumat tezliklə namizədlərin şəxsi səhifələrinə göndəriləcək. Esse mərhələsində 1022 namizədin iştirakı nəzərdə tutulur.

Namizədlər https://miq.edu.az/direktorlar/qanun/esse.pdf linki vasitəsilə namizədin qiymətləndirmə meyarları ilə tanış ola bilərlər.

Bu mərhələdə mümkün 10 balın yarısını toplamış namizədlər müsahibə mərhələsində iştirak hüququ qazanacaqlar.

Bütün xəbərlər Facebook səhifəmizdə