BDU-da çiçəkəkmə aksiyası keçirilir - FOTOLAR

Bakı Dövlət Universitetinin (BDU) Tələbə Həmkarlar İttifaqı Komitəsinin təşkilatçılığı ilə çiçəkəkmə aksiyası keçirilib. Aksiyaya BDU könüllüləri və müxtəlif fakültələrin tələbələri qatılıb.
BDU-dan SİA-ya bildirilib ki, aksiyada 400-dək gül əkilib. Tədbirin məqsədi ətraf mühitin qorunmasına kömək etmək, ekoloji tərbiyəni gücləndirmək və təbiətə töhfə verməkdir.
Aksiya 3 gün davam edəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə