Yeni tədris ilindən gözləntilər NƏLƏRDİR? - QURUMDAN AÇIQLAMA VERİLDİ

Yeni tədris ilindən gözləntilər NƏLƏRDİR? - QURUMDAN AÇIQLAMA VERİLDİ

“Yeni dərs ilində “Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nda vurğulandığı kimi ümumi təhsildə səriştəəsaslı məzmunun tətbiq olunması, təhsil üzrə beynəlxalq qiymətləndirmələrdə mövqeyin yaxşılaşdırılması, təhsilverənlərin və idarəetmə heyətinin peşəkarlıq səviyyəsinin artırılması, ümumi təhsildə nəticəyönlü idarəetmə və maliyyələşmə sisteminin qurulması, təmayüllərin və inklüziv təhsilin əhatə dairəsinin genişləndirilməsi, infrastrukturun müasirləşdirilməsi, təhsilalanlara rəqəmsal biliklərin aşılanması, qlobal informasiya məkanından istifadə üçün maarifləndirmə tədbirlərinin həyata keçirilməsi, məktəbəqədər təhsilin əhatəliliyininin genişləndirilməsi, təhsil müəssisələrində İKT əsaslı infrastrukturun inkişaf etdirilməsi, innovativ və rəqəmsal bacarıqlar üzrə təhsilin keyfiyyəti və əlçatanlığın artırılması istiqamətində tədbirlərin həyata keçirilməsi əsas hədəflərdəndir”. Bu barədə Bakı Şəhər Təhsil İdarəsindən SİA-nın sorğusuna cavab olaraq bildirilib.

Qeyd edilib ki, ötən tədris ilində olduğu kimi, Azərbaycan Ordusunun Vətən müharibəsində Zəfər yürüşü və dünya hərb tarixində açdığı yeni səhifə ilə bağlı məlumatların bütün fənlərin məzmununa uyğun şəkildə inteqrasiyası yeni dərs ilində də qarşıya qoyulan əsas prioritetlərdəndir: “İnanırıq ki, ölkə təhsilinin flaqmanı olan Bakı təhsili Strategiyada təhsillə bağlı qarşıya qoyulan vəzifələrin həyata keçirilməsində bundan sonra da əlindən gələni əsirgəməyəcək, bu tarixi sənəddə təsbit olunan hədəflərə çatmaqda həlledici qüvvə olacaq. Əminik ki, yeni tədris ili ümumilikdə ölkəmiz, eləcə də təhsilimiz üçün uğurların davamı ili olacaqdır".

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə