Yeni mövsümə daxil oluruq və tədris ilinin başlanmasına sayılı günlər qalıb. Şübhəsiz, valideynlər məktəb ləvazimatlarını almağa tələsirlər. Sentyabr ayı başladıqda isə qiymətlərin mərhələli formada yuxarı qalxmasını müşahidə edirik. Sentyabrın 15-nə qədər məktəb ləvazimatlarının, şagird geyimlərinin qiymətləri sözsüz ki yüksək qalacaq.
Məktəb ləvazimatları, çanta, məktəbli geyimi daxil olmaqla xərclər orta hesabla hesablanır. Lakin bu xərc az və çox da ola bilər. Əgər valideynlər bahalı çanta və digər ləvazimatlar alarlarsa bu xərc təbii ki, artacaq.
Məktəbli geyimi 35-44 manat, çanta 15-50 manat (orta qiymət, 100 manatdan baha çantalar da var), dəftərlər, rəsm albomları üzlüklər və s. 20-70 manat, rəngli, adi karandaşlar, flamaster, qələm, pozan, xətkeş, karandaş yonan və s. 30-60 manat, su qabları 7-25 manat təşkil edir. Nəzərə alsaq ki, bir ailədən 2 və ya 3 uşaq məktəbə gedir, o zaman valideynin xərci daha çox olur.
Satıcılar bildirirlər ki, sinfindən və yaşından aslı olmayaraq BTF-in istehsal etdiyi məktəbli geyimlərini 32-50 manata almaq olar. Məktəbli geyimində istifadə edilən jiletlərin qiyməti isə 5,6,7 manatdır. Çin istehsalı olan saxta məktəbli geyimlərini isə 28-24 manata da almaq olar. Satıcıların sözlərinə görə, valideyinlər daha çox BTF-nin məhsullarını almağa can atırlar. Təbii ki, yuxarı siniflərdə oxuyan şagirdlərin xərci çox olur. Yeni test kitabçalarını almaq da əlavə xərc tələb edir. Ümumilikdə, valideynlər ibtidai sinifdə oxuyan övladları üçün məktəb bazarlığına minimum 100-150 manat, yuxarı siniflərdə təhsil alan şagirdlər üçün isə 200 manat xərcləməli olurlar.

Təhsil eksperti Kamran Əsədov SİA-ya açıqlamasında bildirir. Hal-hazırda ölkənin 4432 orta təhsil məktəbində 1,6 milyon şagird var və bir neçə gündən sonra yeni tədris ili başlayır. Birinci sinifə 160 minə yaxın uşaq gedəcək. Əlbətdə bunların hər biri böyük rəqəmdir. Etiraf edək ki, son illər qiymətlərin artımını müşahidə edirik. Bir neçə obyektiv və subyektiv səbəblər məktəbə gedəcək şagirdlərin valideynlərinə əlavə büdcə xərcləri yaradır. Bunlar qiymət artımı fonunda və yeni məktəbli formalarının təşkilidir. Hal-hazırda orta hesabla azərbaycanlı bir şagirdin məktəbə getməsi 140/160 manat arası dəyişən xərclər tələb edir. Təbii ki, bura minimum ölçüdə məktəbli forması daxildir. 35/45 manat arası dəyişən məktəbli çantaları, ayaqqabıların, geyimlərin hər birisi, yəni bir valideynin minimum ən aşağı səviyyəli qələm, dəftərlə bərabər xərcləri bu qiymət təşkil edəcəkdir. Təbii ki, keyfiyətli çantadan, digər məktəb ləvazimatlarından danışsaq bu rəqəm 200 manatdan da çox olacaqdır.
Azərbaycandakı 30 mindən çox ailənin məktəbdə iki və daha artıq övladı təhsil alır və onların xərcləri ailə büdcəsinə böyük təsir edir. Bir məktəbli ləvazimatın orta qiyməti 35/45 qəpik arası dəyişir. Bura dəftərlər, xətkeş, pozan və s. bütün məktəbli ləvazimatları daxildir və minimum 40 manata qədər xərc tələb edir. Ümumillikdə 160 manat birdəfəlik ödəniş kimi nəzərdə tutulur, təbii ki növbəti aylarda davamlı olaraq baş verəcəkdir. Nəqliyyat xərcləri istisna olmaqla bir valideyn övladın xərcləri üçün təkcə məktəb ləvazimatlarının 12/16 manat arasında dəyişir. Bu da böyük rəqəm hesab edilə bilər. Hesab edirəm ki hal-hazırda qiymət artımı fonunda biz yenə də xərclərin artmasını gözləyirik, digər tərəfdən sezon da öz təsiri göstərir.

Azərbaycanda qadın Sahibkarlığının Təşkilatı Assosiasiyanın Sədri, Bakı Tikiş Tekstil Fabrikinin təsisçisi Səkinə Babayeva SİA-ya məktəbli formalarına olan tələbatından danışıb.
Fabrikimizdə ötən illərə nisbətən bu il məktəb geyimlərində sifarişlər artmayıb. Təbii ki, bu ağır bir prosesdir, əgər Təhsil Nazirliyi ilə birgə əməkdaşlıq edib çalışasaydıq, sifarişləri götürüb fəaliyyətimizi həyata keçirə bilərdik. Lakin bu illəri pərakəndəlik olduğuna görə pandemiyadan sonra çətin bir dövr başlandığından valideynlərə əziyyət vermək olmazdı. Ona görə məcburi olmayaraq narazılıqlar doğurmasın deyə müəyyən məktəblər üçün təyin edirik. Ötən illərdəki kimi ancaq Sumqayıt, Abşeron yarımadası ərazilərdən olunan sifarişlər əsasında hazırlayırıq. Bu barədə nə Sumqayıt şəhər məktəblərində, nə də Abşeron məktəbləri ilə bağlı heç bir problem yaşamırıq.
Bəs valideynlərin bu mövzuya münasibəti necədir?

Nərimanov rayonu 200 saylı Məktəb Lisey Kompleksinin şagirdi Oğuzxan Əliyevin valideyni Səbinə Əliyeva qiymətlərdən narazılığını bildirib.
İki uşaq üçün məktəb ləvazimatlarına ən azı 200 azn xərclədik. Məktəb formaları hələ hazır olmadığı üçün özümüz almalı olduq və münasib qiymətə 200 AZN təşkil elədi. Bir uşağı məktəbə yola salmaq üçün minimum 150 AZN xərc lazım olur. Keçən ilə nisbətən bu il arasında fərq görürük. Həm məktəb ləvazimatlarında, həm də geyimlərdə artım müşahidə elədim. Qiymətlər həqiqətən çox yüksəkdir, ən azından aşağı əmək haqqı ilə çalışan insanlar üçün çətin olacaqdır. Elə ailələr var bir evdən 3/4 uşaq məktəbə gedir. Qiymətlərin get-gedə artması belə ailələrdə daha çox maddi sıxıntılar yaradır.
Havar Şəfiyeva
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB