Tələbələrin kirayə ev problemi necə həll olunacaq? - ARAŞDIRMA

Tələbələrin kirayə ev problemi necə həll olunacaq? - ARAŞDIRMA

Bütün dünyada olduğu kimi Azərbaycanda da kiray ev bazarında qiymətlər günbəgün dəyişir. İstər Bakının mərkəzində, istərsə də mərkəzdən kənarda müxtəlif qiymətlərdə kirayə evlər tapmaq olar. Bəs bu qiymətlər nəyə əsasən tez-tez dəyişir?

Daşınmaz əmlak bazarından əldə etdiyimiz məlumata görə, yerindən asılı olaraq, evlərin qiymətində təxminən 50-100 manat bahalaşma müşahidə olunur.

1000 manata və daha baha kirayə verilən mənzillərin qiymətləri isə əksinə ucuzlaşıb. Çünki bu sahədə icarəçi qıtlığı var.

1,2 və 3 otaqlı mənzillərin bahalaşması əsasən tədrisin başlanması ilə əlaqədardır. Rayonlardan şəhərə axın edən minlərlə tələbə vardır ki, onlar da qalmaq üçün məhs kirayə ev axtarmalı olurlar.

1990-cı ilin əvvəllərindən, ermənilərin torpaqlarımızı işğal etməsindən sonra keçmiş məcburi köçkünlərin yurd-yuvalarından Bakı və digər ərazilərə gəlməsi ilə başladı. Keçmiş məcburi köçkünlərin bir hissəsi tələbə yataqxanalarına sığındılar. O vaxtdan bu günə kimi tələbələr üçün yataqxana və yaxud normal şəraitdə ucuz ev tapmaq çətin məsələ olub.

Nəzərə alsaq ki, bölgələrdən gəlib paytaxtda kirayə qalan tələbələrin sayı minlərlədir. Tələbələrin ev problemi aradan qalxsa, kirayə mənzilində stabillik yaranar, qiymətlərdə yumşalmalar, hətta enmələr belə müşahidə olunar. Zaman keçdikcə paytaxt ərazisindən köhnə, ucuz mənzillər sökülüb yeniləri ilə əvəzlənəcək və qiymətlərin iki dəfə baha olacağı gözlənilir.

Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin sədri, Vecon Consultinq şirkətinin direktoru, iqtisadçı-ekspert Vüqar Oruc SİA-ya açıqlamasında qeyd edir.

Adətən tədris ilinin başlanması ilə start götürən dəyişikliklərdən biri kirayə bazarında qiymətlərin dəyişməsidir. Bütün bazarlarda əsas artım və azalma tələb və təklif üzərində qurulur. Əgər tələb artırsa təklif qiymətlərin yüksəlməsini gözləmək lazımdır. Bu dövrdə də tədris ilinin başlanması ilə əlaqədar tələb artıb və ali təhsil müəssələrinə daxil olanlar Bakı şəhərində yerləşib təhsillərini davam etdirmək üçün kirayə mənzil bazarında axtarışa başlayırlar. Bu axtarışların sayı artdıqca, mənzilin kirayə qiymətləri də artmağa başlayır. Son bir neçə ildə pandemiya dövründə tədris onlayn sistem üzrə oldu və 2020-ci ildə mənzil, kirayə evlərin qiymətlərinin aşağı düşdüyünün şahidi olduq. Hələ də tərəddüd vardır ki, ola bilsin tədris onlayn sistemə keçsin və ya qapanmalar baş versin. Ona görə də 2020-2021-ci illərdə artımı o qədər müşahidə etmədik. Bu proses ilk bir ay, bir ay yarım davam edəcək və bütün tələbat ödənildikdən sonra artımın dinamikliyi aşağı düşüb sabitlik yaranacaq. Bəzi hallarda isə ümumiyyətlə geri sayım başlayır və qiymətlərdə enmələr də müşahidə edirik. Artım bütünlükdə daşınmaz əmlakın qiymətində, istər alqı-satqı, kirayə, ümumi tendensiyaya uyğun şəkildə davam edir. İqtisadiyyatı inkişaf edən investisiya cazibədarlığı artan ölkələrdə daşınmaz əmlakın qiyməti daha yüksək olur. 30 ildir işğal altında olan ərazilərimizi azad etdik və bütün dünyanın diqqəti Azərbaycana yönəlib. Azərbaycanda investisiya qoymaq, biznes proyektlərində iştirak etmək istəyən xarici investorların sayı artıb, təbii ki bu da öz növbəsində daşınmaz əmlak bazarına öz təsirini göstərir.

Təsadüfü deyil ki, 2020-ci ilin əvvələrində daşınmaz əmlakın təklif qiymətləri təqribən 15 faiz civarında, bəzi yerlərdə 20 faiz civarında artıma uğradı və bahalaşmasının şahidi olduq. Son illərdə belə bir hala təsadüf etmədiyimiz halda birdən-birə baş vermə səbəbi ölkəmizin dünya sistemində statusun dəyişməsi, qalib ölkə statusunun əldə etməsi və eyni zamanda turistlərin, investorların Azərbaycana diqqətin artması nəticəsində baş verən bir dəyişiklik idi. Hazırki qiymət dəyişimi 10/15 faiz civarındadır. Öncələr evlərin kirayə qiyməti 400/450 manat idisə, hazırda 500/550 manat təşkil edir. Övladlarının təhsil almasını təmin edən ailələr sıxıntı, büdcə qıtlığı yaranmasın deyə mənzilləri daha çox ucuz qiymətə tapmağa çalışırlar. Hazırda həmin mənzillərin tapılması çətindir. Bunun təbii ki yolları var, bəzi hallarda eyni kənddən olan tələbələrin birləşib bir mənzildə qalması planları reallaşdırılır, belə olan halda kirayənin dəyəri bir neçə nəfər arasında bölünür, bu da ailələrin büdcəsinə o qədər də ciddi təsir göstərmir. Qiymət aralığı olaraq təbii ki yüksək qiymətlərə tələbələrin yönəlməsi mümkün deyil. Adətən bazar qiymətində aşağı olan və komfortu az olan evlərə daha çox üstünlük verilir. Amma bunu investorlar, xaricdən gələn qonaqlara aid etmək olmaz, onlar əksinə, daha çox komfortu olan və şəraiti yaxşı olan evlərə üstünlük verirlər.

"Kirayə bazarında qiymət artımı son iki ildir daha çox müşahidə olunur. Bunun yaranma səbəbi pandemiya ilə bağlıdır, iki il öncə qapanmalar olmuşdur ki, həmin qapanmalardan sonra dərs ili dayandığı üçün tələbələr rayonlara-öz evlərinə qayıtmalı oldu və qaldığı evlər başqa ailələrə təhvil verildi". Bu sözləri əmlakçı Mülkədar Rüstəmov deyib. Öncələr qaldıqları mənzilləri başqa vətəndaşlara təhvil verdiyindən tələbələr ev tapmaqda çətinliklə üzləşirlər. Onlardan bir qismi hostellərdə, bəziləri qohumların evlərində qalır, bəziləri də çox baha qiymətə kirayə ev tutmalı olurlar. Keçən ildən mövcud olan problemlər bu il yenidən qabarmağa başlamışdır. Bizə müraciət edənlərin 80 faizi məhs tələblərdir. Öncələr iki otaqlı mənzili 350 manata təklif edirdiksə, indi qiymət artımı ilə əlaqədar olaraq 400/450 manata müştərilərə təklif olunur. 3 otaqlı mənzillərin qiyməti isə 500/550 manatdan başlayır. Əvvəl bu rəqəmlər 450 civarında göstərirdi. Tələbələrin ən çox üstünlük verdiyi mənzillər 1 otaqlılardır ki onlar da çox az vaxtlarda tapılır. Əvvələr qiyməti 200/250 azn idisə indi rəqəmlər 300/350-ni göstərir. Təssüflər olsun ki, bir otaqlı mənzillər demək olar ki tapılmır. Şəhərin 9 istiqamətində - Xırdalan , Abşeron, Səbail və s hər bir bölgəsində kirayə qiymətlərin artımı müşahidə olunur. Həmçinin də bu ildən satış qiymətləri artmışdır. Gördüyümüz mənzərə budur ki, tələbələr üçün bu il kirayə tapmaq çox çətin olacaqdır. Çünki bizim ofisdə təkcə 50-yə yaxın qeydiyyatdan keçən tələbə var. Qiymət artımı get-gedə yüksələn proses üzrə davam edir.

Gələn tələbələr əsasən 300/350 civarında maksimum 500-ə qədər qiymətdə olan mənzillər axtarırlar. Onlarda da əksər hallarda 5 nəfər qalır. Müraciət edənlərin çoxusu da xanım tələbələrdir.

Ümid edirik ki, yaxın gələcəkdə tələbələrlə bağlı bu kim problemlər öz həllini tapacaq. Bir çox yataqxanada məcburi köçkünlər məskunlaşıb, şəhərin bir çox yerlərində 11 təhsil müəssisəsinin yataqxanası var və əksəriyyətində məcburi köçkünlər qalır. Dövlət öz proqramını həyata keçirəcək ki, yaxın 3 il ərzində bu proses başa çatacaq və məcburi köçkünləri çıxarıb öz doğma el-obasına yerləşdirəcəklər. Həmin yataqxanalar təzədən təmir olunub tələbələrin ixtiyarına veriləcəkdir.

Bəs yataqxanalarda vəziyyət necədir?

Azərbaycan Tibb Universitetinin mətbuat xidmətinin rəhbəri Günel Aslanova SİA-ya açıqlamasında bildirir. Azərbaycan Tibb Universitetinin yataqxanası haqqında demək istəyərdim ki, hal-hazırda 4 yataqxana fəaliyyət göstərir. Həmin yataqxanalarda Tibb Universitetində təhsil almış tələbələrimiz yaşayırlar. 1 və 2 saylı yataqxanasında qızlar yaşayırlar, 6 saylı yataqxanada oğlanlar, 5 saylı yataqxana isə əcnəbi tələbələr üçün ayrılmışdır. Yataqxanaların ümumi tutumu 968 nəfərdir. Hər il olduğu kimi bu il də çalışacayıq ki tələbələrimizi yataqxana ilə təmin edək. İlk olaraq şəhid və qazi ailələrinə, ondan sonra digər tələbələri yerləşdirəcəyik. Hal-hazırda tələbələrin yerləşdirmə prosesi başlanmayıb. Bu il yerlər kifayət qədər boş olmasa da çalışacayıq ki imkanı zəif olan tələbələr üçün yer ayıraq. Tələbələrin yataqxana haqqına gəldikdə ümumiyyətlə ölkəmizdə kommunal xərclər kifayət qədər qalxıb, amma buna baxmayaraq öz vətəndaşlarımız olan tələblərin yataqxana haqqı məsələsinə baxılmayıb. Qiymətlər əvvələr olduğu kimi bir aya 50/80 manat civarında dəyişir. Bu rəqəmlər də yataqxanadakı otaq tutumuna görə dəyişir.

Havar Şəfiyeva

Bütün xəbərlər Facebook səhifəmizdə