Aşağıdakı komissiyalar üzrə qabiliyyət imtahanı verməli olan abituriyentlər buraxılış vərəqələrini çap edə bilərlər. SİA xəbər verir ki, Bakıda fəaliyyət göstərəcək Təsviri incəsənət müəllimliyi (13) komissiyası üzrə imtahanda iştirak etmək istəyən abituriyentlər buraxılış vərəqələrini çap edə bilərlər.

Xatırladaq ki, Dizayn (14) və Dekorativ-tətbiqi sənət (15) komissiyalarının rəsm imtahanından 6 və daha yuxarı qiymət alan abituriyentlərin imtahan nəticələri Təsviri incəsənət müəllimliyi (13) komissiyasına da şamil edilir (abituriyentlər qeydiyyatdan keçdikləri halda). Qiyməti şamil edilmiş abituriyentlərin imtahan nəticəsi bəlli olduğuna görə onlara buraxılış vərəqəsi verilmir və müvafiq imtahanda iştirak etmirlər.

Ümumi (9 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin XQTİ-lərinə qəbul olmaq istəyən abituriyentlər aşağıda verilmiş komissiyalar üzrə qabiliyyət imtahanına buraxılış vərəqələrini çap edə bilərlər.

Bütün xəbərlər Facebook səhifəmizdə