Təhsilin İnkişaf Fondunun əhəmiyyəti nədən ibarətdir? - EKSPERT AÇIQLADI
"Bildiyimiz kimi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə 2013-cü il 24 oktyabr tarixində Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası təsdiq edildi. Ölkəmizin qarşıdakı illərdə əsas inkişaf yollarını müəyyənləşdirən Azərbaycanın İnkişaf Konsepsiyasında ənənəvi iqtisadiyyatdan “bilik iqtisadiyyatı”na keçidin əsasının qoyulması, bunun üçün həlledici amil insan kapitalının adekvat inkişafının ön plana çəkilməsi nəzərdə tutulmuşdur. Bu, təhsil sisteminin də kökündən dəyişdirilməsini, müasir təhsil sisteminin qurulmasını tələb edir. Azərbaycan təhsilinin XXI əsrin çağırışlarına cavab verən, təhsilimizin gələcək inkişafının “yol xəritəsi” sayılan “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nın qəbul edilməsi təhsil sahəsi üçün mühüm sənəddir". Bu sözləri SİA-ya açıqlamasında təhsil eksperti Kamran Əsədov deyib.
Onun sözlərinə görə, Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nın tələbləri Azərbaycan təhsilində dünya təhsil standartlarına uyğun maliyyələşdirmə modelinin qurulması ilə bağlıdır: " Doğrudan da, hal – hazırda təhsilin maliyyələşdirilmə mexanizminin təkmilləşməsinə ehtiyac vardır. Ona görə də təhsil müəssisələrində adambaşı maliyyələşdirmə artıq başlanmalıdır. Eyni zamanda təhsil müəssisələrində ödənişli təhsil xidmətləri dəstəqlənməlidir. Bunun üçün Təhsilin İnkişaf Fondunun yaradılması müasir təhsil sisteminin tələbidir. Beləliklə, qabaqcıl təhsil sisteminə əsaslanan strateji istiqamətdə səriştəyə əsaslanan şəxsiyyətyönümlü təhsil məzmununun yaradılması, təhsil sahəsində insan resurslarının yaradılmasını müasirləşdirmək, səmərəli, şəffaf, cavabdeh, idarəetmə mexanizmlərini yaratmaq, təhsildə müasir tələblərə uyğun infrasturuq qurmaq, dünya təhsil standartlarına uyğun maliyyələşdirmə modelini formalaşdırmaq əsas hədəf kimi götürülür".
Ekspert sözlərinə belə davam edib: "Vacib bir məqamı qeyd edim ki, Təhsilinin İnkişafı Fondu dövlət orta və ali təhsili müəssisələrinin büdcədənkənar gəlir və xərclərinin şəffaf, səmərəli və mərkəzləşdirilmiş qaydada idarə olunmasını təmin edəcək və peşə təhsilinin inkişafında maliyyələşmə mexanizmi rolunu oynayacaq".
"Araşdırmama görə fondun fəaliyyət istiqamətləri belə sıralanır: peşə təhsili sahəsinin inkişafına maddi yardım göstərmək; orta və ali təhsili sahəsində gəlirləri təhsil müəssisələrinin maddi-texniki bazalarının möhkəmləndirilməsinə yönəltmək; orta ixtisas təhsilinin inkişafı ilə bağlı dövlət siyasətinin formalaşdırılmasında və həyata keçirilməsində iştirak etmək; peşə təhsilinin inkişafını təşviq edən mexanizmlərin hazırlanmasında və həyata keçirilməsində iştirak etmək; peşə təhsili müəssisələrində maliyyə vəziyyətini təhlil etmək; orta ixtisas və ali təhsili müəssisələrinin gəlirlərinin stimullaşdırılması üzrə təkliflər vermək; peşə təhsili müəssisələrində çalışan təhsilverənlərin maddi və sosial rifahının yüksəldilməsi və müvafiq meyarlar əsasında mükafatlandırılması üzrə tədbirlər görmək; peşəyönümü işlərinin aparılmasında peşə təhsili müəssisələrinə dəstək vermək".
Ayşən Vəli
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB