BANM tələbəsi ölkə birincisi oldu

Magistraturaya qəbul imtahanlarında ölkə birincisi - Bakı Ali Neft Məktəbinin (BANM) informasiya təhlükəsizliyi ixtisasının V kurs tələbəsi Fidan Babayeva oldu. O, 93 bal toplayaraq (essesiz) (95 üzərindən) möhtəşəm nəticə göstərib. Bu barədə SİA-ya BANM-dən məlumat verilib. Bundan başqa, Fidan BANM-də son imtahan sessiyasında ortalama 100 üzərindən 99 bal nəticə göstərib.

Fidan həm də, SOCAR Gənc İstedadlar Proqramının iştirakçısıdır.

Bütün xəbərlər Facebook səhifəmizdə