DİM-də rəqəmsal SAT imtahanı keçirilib

Dövlət İmtahan Mərkəzində (DİM) rəqəmsal SAT imtahanı keçirilib. Bu barədə SİA-ya DİM-dən bildirilib.

Rəqəmsal SAT imtahanı 2023-cü il dekabrın 2-də Dövlət İmtahan Mərkəzinin Nəsimi rayonu, Akademik Həsən Əliyev küçəsi, 299 ünvanında yerləşən inzibati binasında təşkil olunub.

İmtahanda 89 nəfər iştirak edib. Növbəti imtahanın 2024-cü il martın 9-da keçirilməsi nəzərdə tutulur.

Bütün xəbərlər Facebook səhifəmizdə