“İZ Community” Qadınlar Cəmiyyəti Zəfər bayramına həsr edilən festival keçirib
Noyabrın 13-də “İZ Community” Qadınlar Cəmiyyəti “Zəfər Qadının İZi ilə” adlı festival keçirib. Festival Zəfər bayramına həsr edilib.
SİA AZƏRTAC-a istinadən xəbər verir ki, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) dəstəyilə baş tutan tədbirdə “İZ Community”nin üzvü olan rəssam qadınların Zəfər bayramı üçün ərsəyə gətirdikləri əsərlər sərgilənib.
Tədbirdə 2020-ci il Vətən müharibəsində iz qoymuş, hərbi əməliyyatlarda bilavasitə iştirak etmiş media əməkdaşları, aşpazlar və tibb işçilərindən ibarət olan qəhrəman qadınlara hədiyyələr təqdim edilib.
Bundan əlavə, festival çərçivəsində əl işləri, interyer dizaynı, kosmetik məhsullar, aksesuarlar, geyim, qab-qacaq, ərzaq məhsulları, şirniyyatlar, suvenirlər kimi müxtəlif sahələri təmsil edən 50 qadın sahibkarın iştirak etdiyi yarmarka təşkil olunub.
Festival musiqili proqramla davam edib.
Qeyd edək ki, “İZ Community”nin təsisçisi və rəhbəri Rəna xanım Nəcəfzadə-Sadəddinovadır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB