Ölkəmizdə ərzaq böhranı yaşanır? - İQTİSADÇI-ESKPERT DANIŞDI

“Azərbaycanda bir çox ərzaq məhsulları ölkə daxilində istehsal edilsə də, onların inqridiyentləri xaricdən gətirilir”. Bu fikirləri SİA-ya açıqlamasında iqtisadçı-ekspert Xalid Kərimli bildirib.

İqtisadçı-ekspert qeyd edib ki, Azərbaycan ərzaqlı buğdanın 75 faizi xaricdən gətirilir: “Azərbaycan ərzaq təhlükəsizliyi məsələsində tam olaraq daxili bazara əsaslanmır. Burada xaricdən asılılıq var. Xaricdən asılı olduğumuz məhsullarında anbar ehtiyatları var. Lakin bu ehtiyatlar bir neçə aylıqdır. Təbii ki, xaricdə ciddi müharibələr olsa, ərzaq təhlükəsizlik problem yarana bilər. Lakin əgər bu ilki kimi proseslər baş versə, Azərbaycanda ərzaq təhlükəsizliyi barədə heç bir problem yaranmayacaq”.

Müəllif: Banuçiçək Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə