“Azərbaycan” kran gəmisinin "Abşeron" layihəsində iştirakı başa çatıb
“Abşeron Erkən Hasilat Platforma Kompleksi”nin üst tikilisinin sonuncu AM01 modulunun dayaq blokuna quraşdırması işləri uğurla başa çatıb. SİA xəbər verir ki, bu barədə Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-dən (ASCO) bildirilib.
Məlumata görə, hər 3 modulun Heydər Əliyev adına Bakı dərin özüllər zavodundan dayaq blokunun olduğu əraziyə çatdırlması və quraşdırılması işlərinə ASCO-nun 2500 ton yükqaldırma qabiliyyətinə malik “Azərbaycan” kran gəmisi cəlb edilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB