Rusiyanın Avropa üçün son silahı İQTİSADÇI-EKSPERT AÇIQLADI
"Rusiyanın bu məqamda necə hərəkət edəcəyi naməlumdur. Lakin Rusiyanın Avropada qazı kəsməsi son silahıdır" . Bu sözləri SİA -ya açıqlamasında iqtisadçı-ekspert Xalid Kərimli deyib.
Onun sözlərinə görə, soyuq müharibə Avropa və Rusiya arasında, isti müharibə Ukrayna ilə Rusiya arasında davam edir: "Əgər Rusiya Avropa üzərinə qaz silahını oynasa, Avropada böyük iqtisadi kriz yaşanacaq. Təkcə evlərin isidilməsi deyil, sənaye sahəsində ciddi problemlər yaşanacaq. Çünki qaz sənayedə çox istifadə olunur. Yəni, Avropa iqtisadiyyatı ressesiyaya girəcək. İnflyasiya artacaq. Rusiyanın əlindəki son kozuru isə əlindən çıxmış olacaq . Rusiya gəlirləri də kəskin sürətdə azalacaq. Lakin Rusiyanın bəzi ölkələrdə qazın dayandırılması gündəmdə olsa da, bu, bütün Avropa üçün gündəmdə deyil".
Qönçə Quliyeva
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB