Azərbaycan nefti ucuzlaşıb

CIF bazisi üzrə İtaliyanın Auqusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti iyulun 25-də 112,32 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 3,1 dollar/barel azdır.

Bu barədə SİA-nın ölkənin neft-qaz bazarındakı mənbə bildirib.

FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti 110,02 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 3,16 dollar/barel azdır.

Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti isə 66,4 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstərici ilə müqayisədə 1,46 dollar/barel azdır.

Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin qiyməti 108,61 dollar/barel olub ki, bu da əvvəlki göstəricidən 1,61 dollar/barel azdır.

Bütün xəbərlər Facebook səhifəmizdə