Ərzaq məhsullarının qiyməti bahalaşıb? - DİQQƏT! - İQTİSADÇI DANIŞDI
“Ərzaq məhsullarının qiymətinə əsas təsir göstərən yanacaq növü Aİ-92 markalı benzin və dizel yanacağıdır”. Bu fikirləri SİA-ya açıqlamasında iqtisadçı Eldəniz Əmirov bildirib.

Onun sözlərinə görə, hazırda dizel yanacağının və Aİ-92 markalı benzinin qiymətinin qalxmaması və ya əvvəlki qiymətdə qalması ərzaq məhsullarındakı qiymətlərin bahalaşmasına birbaşa təsir etmir: “Aİ-95 markalı benzinin qiymətinin artmasının psixoloji olaraq ərzaq məhsullarına təsiri vardır. Amma Aİ-95 markalı benzinin qiymətinin artmasının ərzaq məhsullarının maya qiymətinin bahalaşmasına heç bir təsiri yoxdur”.
Müəllif: Abutel İlhamqızı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB