Astarada indiyədək 4172,4 hektar sahədə yazlıq əkin aparılıb
Astara rayonunun təsərrüfatlarında yaz-tarla işləri başa çatmaq üzrədir. Bu günə kimi 4172,4 hektar sahədə yazlıq əkin aparılıb.
SİA AZƏRTAC-a istinadən xəbər verir ki, Astara Rayon Statistika İdarəsinin rəisi Vasif Həsənov bildirib ki, məhsul istehsalçıları bu il 593,1 hektar sahədə dənli və dənli paxlalı bitkilər, 188 hektar sahədə qarğıdalı, 164 hektar sahədə yonca, 956,7 hektar sahədə kartof,1901,8 hektar sahədə tərəvəz, 368,8 hektar sahədə bostan bitkiləri əkiblər.
Hazırda təsərrüfatlarda kartof və tərəvəz yığımı davam edir. İndiyədək tərəvəz əkilmiş sahələrin 212 hektarının məhsulu yığılıb, 1852 ton tərəvəz istehsal olunub. Eyni zamanda, torpaq mülkiyyətçiləri indiyədək 270 hektar kartof sahəsindən 1976,4 ton məhsul götürüblər. Hər hektardan orta məhsuldarlıq 73,2 sentner təşkil edir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB