"Gənclik" stansiyanın sərnişin salonunda tüstü effektli spesifik qoxu hiss olunub

""Həzi Aslanov-Dərnəgül" marşrutu üzrə hərəkət edən qatar "Gənclik" stansiyasında ikən sərnişin salonunda tüstü effektli spesifik qoxu hiss olunub. Maşinist qatara baxış keçirib". SİA xəbər verir ki, bu fikirləri "Bakı Metropoliteni" QSC-nın mətbuat xidmətinin rəhbəri Bəxtiya Məmmədov bildirib.

B.Məmmədov bildirib ki, hər hansısa problem aşkarlanmayıb: "Bununla belə sərnişinlərin hər hansısa narahatlıq keçirməməsi məqsədilə qatarın yolunu sərnişinsiz davam etdirməsi qərara alınıb. "Nizami" stansiyasında qatara təkrar baxış keçirilib. Lakin yenidən problem aşkarlanmasa da, onun müvəqqəti ehtiyat qatarla əvəzlənməsi qərara alınıb. Nəticədə, "Nizami-Dərnəgül" və əks istiqamətdə intervalda 3 dəqiqə fərq hiss olunub. Hadisənin vaqonlardan birinin qapısına müdaxilə ehtimalı ilə maşinistin qəfil tormozlaması nəticəsində baş verdiyi ehtimal olunur. Belə hallarda qatarın təkərlərinin qəliblərindən məhz spesifik tüstü təsirli qoxu hiss olunur. Dəqiq araşdırma aparılır".

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...