Neftin kəskin bahalaşması "Saudi Aramco" şirkətinin gəlirlərinin kəskin artmasına səbəb olub.

SİA APA-ya istinadən xəbər verir ki, şirkətin hesabatında göstərilir ki, ilk rübdə mənfəət 82 faiz artıb. Hesabat dövründə xalis mənfəət 39,5 milyard dollar təşkil edib. Halbuki ötən ilin müvafiq dövründə göstərici 21,7 milyard dollar olub.

Bu, Səudiyyə şirkətinin 2019-cu ildə birjaya daxil olduqdan sonra əldə etdiyi ən yüksək göstəricidir. Mənfəətin artması 3 amillə izah olunur: xam neftin bahalaşması, hasilatın artması və maya dəyərinin azalması.

Bütün xəbərlər Facebook səhifəmizdə