Bu il Azərbaycan iqtisadiyyatı neçə faiz artacaq? - İQTİSADÇI AÇIQLADI

Bu il Azərbaycan iqtisadiyyatı neçə faiz artacaq? - İQTİSADÇI AÇIQLADI

“2022-ci il üçün ilin əvvəlində və ötən illərin sonunda İqtisadiyyat Nazirliyi təqribən bu il üçün 4 faiz iqtisadi artım planlaşdırırdı”. Bu sözləri SİA-ya açıqlamasında iqtisadçı Xalid Kərimli deyib.

Onun sözlərinə görə, ancaq Rusiya-Ukrayna müharibəsindən sonra bir çox beynəlxalq təşkilatlar iqtisadi artıma dair proqnozları Azərbaycanda aşağı saldılar: “Bu il iqtisadi artım 2,3 faiz, gələn il isə 2,8 faiz olacaq. Ortalama Azərbaycanda 2022-2023-cü ildə 2,17 faizlik artım olacaq. Bu beynəlxalq valyuta fondunun proqnozudur.

Dünya bankının proqnozu isə bu rəqəmi aşağı salıb. Ümumiyyətlə isə Dünya Bankının proqnozuna görə Azərbaycanda 2022-2023-cü illərdə ortalama 2,9 faizlik artım olacaq. Beynəlxalq valyuta fondu 2,7 faiz artım gözləyir, amma Dünya Bankı 2,9 faiz gözləyir. Qeyd etdiyim kimi Rusiya-Ukrayna münaqişəsi bir qədər proqnozları aşağı salır. Çünki bölgədə başlayan müharibə Azərbaycana neqatif təsir göstərir”.

Müəllif: Arzu Qurbanzadə

Bütün xəbərlər Facebook səhifəmizdə