"Azərsun"da baş vermiş yanğın qiymət artımına səbəb ola bilərmi? - İQTİSADÇI AÇIQLADI
"“Azərsun”da baş verən yanğın əsasən duru yağlarının ehtiyatına ciddi təsir göstərir". Bu sözləri SİA-ya açıqlamasında iqtisadçı Xalid Kərimli deyib.
Onun sözlərinə görə, “Azərsun”un həmin zavodu duru yağların deposu kimi fəaliyyət göstərirdi: "Eyni zamanda həmin zavod duru yağların qablaşdırılması və istehsalı ilə məşğul olan bir zavod idi. Ümumiyyətlə Rusiya-Ukrayna müharibəsi duru yağlarının qiymətinin kəskin şəkildə bahalaşmasına gətirib çıxartdı. 2022-ci ilin mart ayında dünyada duru yağının qiymət indeksi 23,2% artıb və bu artım hələ də davam edir. Bu baxımdan “Azərsun”un ehtiyatlarının duru yağları bazarında sıradan çıxması, istehsal imkanlarının məhdudlaşdırılması, avadanlıqların sıradan çıxması duru yağları bazarını dünya bazarındakı yağların qiymətindən daha da asılı edir. “Azərsun”un bu bazardan çıxması, dünya bazarında duru yağlarının qiymətinin qalxması daxili bazarımızda duru yağlarının qiymıəinin intensiv şəkildə qalxmasına səbəb olacaq".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB