Bu proses Rusiyadan daha çox Yaponiyaya təsir edəcək - İQTİSADÇI ŞƏRH ETDİ
“Yaponiyanın bahalı avtomobillərinin Rusiya bazarına ixracının məhdudlaşdırılması barədə qərarın verilməsi Rusiyadan çox Yapon şirkətlərinə ziyan vuracaq”. Bu sözləri SİA-ya açıqlamasında iqtisadçı Xalid Kərimli bildirdi.

Onun sözlərinə görə, Rusiyada yapon şirkətlərinin bahalı avtomobillərinin kifayət qədər alıcılara var idi: “Ona görə də bu proses daha çox onların öz şirkətlərinə ziyan vuraraq, mənfəətlərinin aşağı düşməsinə səbəb olacaq. Rusiyada isə bu qərar valyuta çıxışına təsir edən faktordur. Hətta deyərdim ki, Rusiya hökumətinin indiki arzuladığı vəziyyətdir. Bu hal daha çox Rusiyada bahalı avtomobil istifadəçilərinin komfortuna ziyan vuracaq. Lakin əks təqdirdə nə Rusiyanın daxili bazarına nə də cəmiyyətinə heç bir təsir etməyəcək. Yapon şirkətlərinin və hökümətinin verdiyi bu qərar digər şirkətlərin Rusiyada yapon rəqiblərinin sıxışdırılmasına səbəb olacaq”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB