Dünyanın aparıcı kriptovalyutası - bitkoinin qiyməti 41 min ABŞ dollarından aşağı düşüb. SİA xəbər verir ki, kriptovalyuta son 24 saat ərzində 2,61% ucuzlaşaraq 40,877 minABŞ dollarına satılıb. Nəticədə onun kapitallaşması 777,85 milyard ABŞ dolları həddində qərarlaşıb.
Bazar kapitallaşmasına görə 2-ci pillədə qərarlaşan “Ethereum”un qiyməti isə son bir sutkada 2,37% azalaraq 2,862 min ABŞ dolları olub. İlk onluqda qərarlaşan altkoinlərdən ən çox dəyər itirən “Avalanche”dir.
Kriptovalyuta bazarının toplam dəyəri 1,858 trilyon ABŞ dollarına düşüb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB