2163 kommersiya qurumu dövlət qeydiyyatından keçib

2163 kommersiya qurumu dövlət qeydiyyatından keçib

Cari ilin yanvar-fevral ayları ərzində 2163 kommersiya qurumu dövlət qeydiyyatından keçib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 13,2 faiz çoxdur. SİA xəbər verir ki, Dövlət Vergi Xidmətindən bildirilib ki, həmin kommersiya qurumlarının 84,9 faizi elektron qaydada, 15,1 faizi kağız daşıyıcılarında edilmiş müraciətlər əsasında qeydiyyata alınıb.

Həmin 2163 kommersiya qurumundan 89,8 faizi yerli investisiyalı, 10,2 faizi xarici investisiyalı müəssisələrdir.
Bundan başqa, 364 kommersiya qurumunun ƏDV məqsədləri üçün qeydiyyata alınması təmin olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə