Paytaxtda iki ərazidə deformasiyaya uğramış örtük yenilənib - FOTOLAR

Paytaxtda iki ərazidə deformasiyaya uğramış örtük yenilənib - FOTOLAR

Bakı şəhəri, Yasamal rayonu, Əbdürrəhim bəy Haqverdiyev və Binəqədi rayonu, Cəfər Xəndan küçələrinin bir hissəsində təmir işləri icra olunub. AAYDA-nın mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, təmir işləri zamanı deformasiyaya uğramış örtüyünün üst qatı qaşınaraq kənarlaşdırılıb, əvəzinə yeni asfalt-beton örtüyü döşənib.

Əbdürrəhim bəy Haqverdiyev küçəsinin 1800 kv.m sahəsində, Cəfər Xəndan küçəsinin isə 600 kv.m sahəsində təmir işləri aparılıb.

Təmir işləri hərəkət intensivliyi nəzərə alınaraq qeyri-iş günləri yerinə yetirilib.

Bütün xəbərlər Facebook səhifəmizdə