Avropada qazın qiyməti min kubmetr üçün 1 050 dolları keçib

Avropada qazın qiyməti min kubmetr üçün 1 050 dolları keçib

Avropada qazın qiyməti 1000 kubmetr üçün 1 050 dolları ötüb. SİA xəbər verir ki, bu barədə Londonun "ICE" birjasının məlumatlarında deyilir.

Məlumata əsasən, Niderlandın TTF habında mart fyuçerslərinin qiyməti min kubmetr üçün 1 050,4 dollar təşkil edib.

Bildirilir ki, son 1 gündə qiymətdə qeydə alınan ümumi artım təxminən 12,7 faiz təşkil edib.

Bütün xəbərlər Facebook səhifəmizdə