"Tesla"nın bazar qiyməti 1 trilyon dolları ötüb

İlon Maskın banisi olduğu "Tesla" şirkətinin bazar qiyməti Nyu-York fond birjasında 1 trilyon dolları keçib.

SİA-nın birjanın məlumatlarına istinadən verdiyi xəbərə görə, "Tesla"nın səhmlərinin qiyməti ötən gün "Hertz Global Holdings Inc" tərəfindən 100 min elektrikli avtomobilin sifariş edilməsi fonunda yüksəlib.

Bildirilir ki, səhmlərin qiyməti 9 faiz artıb, bu da şirkətin bazar qiymətinin 1 trilyon dolları keçməsinə səbəb olub.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...