Bu yaxınlarda Federal Ehtiyatlar Sisteminin (FED) sədri Cerom Pauell demişdi ki, qurum hazırda əvvəlki illərdən daha çox yüksək inflyasiyadan ehtiyat edir.

"Twitter"-in icraçı direktoru Cek Dorsi bildirib ki, dünya iqtisadiyyatı hiperinflyasiyanın astanasındadır.

SİA "Sputnik Azərbaycan"-a istinadən bildirir ki, bu barədə "Business Insider" məlumat verir.

"Hiperinflyasiya hər şeyi dəyişəcək. O artıq buna başlayıb", - Dorsi sosial şəbəkədəki hesabında yazıb.

Biznesmenin sözləri istifadəçilər arasında rezonans doğurub, onların çoxu Dorsinin mövqeyini bölüşməyib.

"Bu, tezliklə ABŞ-da, sonra isə bütün dünyada olacaq", - şirkət rəhbəri şərhlərdə qeyd edib.

"Business Insider" bildirir ki, Twitter-in banisinin xəbərdarlığı əsassız deyil. Məsələn, bu yaxınlarda Federal Ehtiyatlar Sisteminin (FED) sədri Cerom Pauell demişdi ki, qurum hazırda əvvəlki illərdən daha çox yüksək inflyasiyadan ehtiyat edir. Həmçinin qeyd etmişdi ki, 2022 dollar inflyasiyasının yüksək səviyyəsi 2022-ci ildə də müşahidə oluna bilər.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...