Biznesin İnkişafı Fondu hansı yenilikləri tətbiq edəcək? - BEYNƏLXALQ ESKPERT AÇIQLADI

“Azərbaycan Respublikasının Sahibkarlığın İnkişafı Fondu uzun illərdir fəaliyyət göstərir. Bu fondun təyinatı Azərbaycanda sahibkarlıq subyektlərinin inkişaf etdirilməsi, yeni bazarlara çıxışını əldə etmək məqsədi ilə infrastruktur layihələrin dövlət təminatı əsasında maliyyələşdirilməsini güzəştli kreditlə həyata keçirirdi”. Bu sözləri SİA-ya açıqlamasında beynəlxalq ekspert Asif İbrahimov deyib.

Onun sözlərinə görə, digər qurum isə, Azərbaycan İnvestisiya şirkəti tamamilə Azərbaycana məxsus olan nizamnamə kapitalı əsasında yaradılmışdı. Bu qurumun fəaliyyəti ondan ibarətdir ki, qeyri-neft sektorlarının inkişafı sahəsində dövlət proqramlarının həyata keçirilməsi bir çox önəmli strateji layihələrin inkişaf etdirilməsi məqsədi ilə investisiyaların yatırılması idi”.

“Ölkə başçısının müvafiq sərəncamlarına əsasən bu qurumların birləşdirilməsinin bir çox müsbət tərəfləri var: artıq bu qurumlarda idarəetmənin optimallaşdırılması, müvafiq beynəlxalq standartların tələblərinə uyğunlaşdırılması istiqamətində addımlar atılır”.

“Əlbəttə, çətinlik olacaq. Çünki, dövriyyədə olan bir sıra kreditlər və davam edən investisiya layihələr mövcuddur. Adını çəkdiyimiz hər iki qurumun aktivində müəyyən maliyyə vəsaiti var”.

“Ümumiyyətlə bir çox investisiya layihələri Azərbaycan İnvestisiya Şirkəti tərəfindən həyata keçirilirdi. Sahibkarlığın İnkişafı Fondu tərəfindən isə bir çox sahibkarlıq subyektləri güzəştli kreditlər əsasında maliyyələşdirirdi və həmin o təşkilatların böyüməsi, inkişaf etdirilməsi təmin olunurdu”.

“Sahibkarlığın İnkişafı Fondunun etdiyi dövlət yardımı istər avandanlıq təminatının gücləndirilməsi, istər infrastukturun, istər güzəştli kredit formasında verilirdi və dövlət nəzarəti çərçivəsində həmin o investisiya güzəştli kredit verilən təşkilat nəzarət altında saxlanılırdı”.

“Bu yeni fərman çərçivəsində sahibkarlığın, qeyri-neft sektorunun inkişafına daha da ünvanlı şəkildə dəstək verilməsi həyata keçiriləcək. Düşünürəm ki, qarşıdakı bir il ərzində sturukturlaşdırma gedəcək. Bir sözlə, daha uğurlu nəticələr əldə olunacaq”,

“Biznesin İnkişafı Fondunun müvafiq ölçü meyarları müəyyənləşdirilməlidir. Yatırılan hər bir manata görə geri dönüş hesablanmalıdır. Səmərəliyin ölçülməsi müəyyən edilməlidir. Düşünürəm ki, yeni yaranan fondun rəhbərliyi və müvafiq sturukturlar bu barədə addımlar atacaqlar”.

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə