Benzinin qiymətindəki artım nələrə təsir edə bilər? - EKSPERT AÇIQLADI

“Bildiyimiz kimi, benzinin qiymətinin tənzimlənməsi Azərbaycan Respublikasında Tarif Şurası tərəfindən həyata keçirilir. Qiymətlər barədə dəyişiklik edilməsi ilə bağlı isə əsas olmalıdır. Əsas olaraq müvafiq, yəni bu fəaliyyəti həyata keçirən dövlət qurumunun sorğusu və müraicəti nəticəsində götürülür. Bu sorğunun da səbəbi olaraq o göstərilir ki, beynəlxalq bazarda və daşınmada əlavə xərclərin yaranması ilə bağlı xərclər artıbdır. Bu istiqamətdə də “Aİ-95” premium və “Aİ-98” super markalı benzinin qiymətinin artması təklif olunub. Nəticədə, Tarif Şurası tərəfindən bu təklif qəbul edilib”. Bu sözləri SİA-ya açıqlamasında beynəlxalq qiymətləndirmə üzrə ekspert, iqtisadçı Asif İbrahimov deyib.

Onun sözlərinə görə, bu istiqamətdə qiymətin artırılmaması ilə bağlı bir çox tədbirlər həyata keçirmək olar: “Məsələn, SOCAR-da xərclərin azaldılmasını təmin etmək olardı ki, benzinin qiymətində yüngüllük yaransın. Bilirsiniz ki, qiymət formalaşması, istehsal xərcləri, işçilik, vergi müəyyən mənfəətlə təmin olunur. Neft məhsullarının emalı prosesi nəticəsində xərclər çox yüksək olduğu üçün get-gedə bu cür tendensiyanın şahidi oluruq”.

Ekspert sözlərinə belə davam edib: “Qeyd etdiyiniz benzin markaları isə Azərbaycanda istehsal olunmur. Bunlar idxal olunur. Yəni, xammal olaraq göndərilir və hazır məhsul olaraq emal olunmuş şəkildə idxal olunur. Pandemiya şəraitində də müəyyən daşınma, istehsal xərcləri və bir sıra çətinlikər yarandığına görə müəyyən xərclərin artımının müşahidə olunması təbiidir. Azərbaycanda bu kimi qiymətlərin artmaması üçün müəyyən tədbirlər həyata keçirmək olardı. Bəs bütün bunlar nəyə gətirib çıxaracaq? Bilirsiniz ki, Azərbaycanda xüsusilə kənd təsərrüfatında, bir çox istehsal, iqtisadiyyat və sənaye sahəsində dizel yanacağı və “Aİ92” markalı benzindən istifadə olunub. Yaxın aylarda “Aİ-95” və “Aİ-98” markalı avtomobillərdə qiymət artımı müşahidə olunacaq. Təbii ki, Azərbaycan iqtisadiyyatında da bir çox məsələ digərindən asılı olduğu üçün çox kəskin olmasa da infilyasiyanın olacağını düşünürəm".

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə