Rusiya iqtisadiyyatı böhrandan əvvəlki səviyyədədir...

Ötən gün Rusiya Mərkəzi Bankının rəhbəri Elvira Nabiullina uzun müddətə qiymət sabitləşməsinin zərərlərindən danışıb. Mərkəzi Bankın rəhbəri qiymətlərin müəyyənləşdirmə mexanizminin yalnız qısa müddətə tətbiq oluna biləcəyinə aydınlıq gətirib. Onun sözlərinə görə, əks təqdirdə, bu kəsirə çevrilə bilər.

Qiymətin tələb və təklif arasındakı bir tarazlıq olduğunu bildirən Nabiullina, fövqəladə hallarda, başqa imkanların olmayacağı halda və ya vaxt itkisi varsa, qiymət tənzimləməsindən istifadə edilə biləcəyini istisna etmir. Onun fikrincə, qiymətlər çox uzun müddət saxlanarsa, bu halda kəsir və qara bazar yaranacaq.

Bildirək ki, Nabiullina bu fikirləri “Komsomolskaya Pravda” portalına verdiyi açıqlamada bildirib

Xatırladaq ki, bundan əlavə, bank rəhbəri ölkədə qiymətlərin süni şəkildə endirilməsi üçün heç bir stimul görmədiyini bildirmişdi. Onun fikrincə, qiymətlərin süni şəkildə endirililməsi istehsalçıların istehsalı genişləndirmə marağı azaldır.

“Çoxumuz rəsmi qiymətlərin müəyyən olunduğu SSRİ-nin son illərindəki təcrübəni yaxşı xatırlayırıq, məlum idi ki, onlara olan tələbi ödəmək mümkün deyildi. Belə ki, çatışmazlıqlar var idi və unutmaq olmaz ki, bu, inflyasiyadan daha təhlükəlidir”-deyən Nabiullinaya görə, inflyasiya həmişə tələb və təklifdə əks olunur.

Qeyd edək ki, bir müddət bundan əvvəl Mərkəzi Bankın rəhbəri pulun çap edilib hamıya paylanmasını ölkədə iqtisadi böyüməyə yox, əksinə inflyasiyanın sürətlənməyə gətirib çıxaracağını bildirmişdi.

Yeri gəlmişkən, Nabiullina bu gün Rusiya iqtisadiyyatının artıq böhrandan əvvəlki səviyyəyə gəldiyini və bəzi sənaye sahələrində hətta onu ötdüyünü də istisna etməyib.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə