Azərbaycan əhalisi yanacağa bu qədər pul xərcləyib - RƏSMİ

Azərbaycan əhalisinin avtomobil yanacağına xərclədiyi pulun həcmi məlum olub. SİA xəbər verir ki, 2021-ci ilin yanvar-may aylarında əhali avtomobil benzini və dizel yanacağının alınmasına 975 milyon 398 min 400 manat pul xərcləyib.

Bununla yanaşı əhali son istehlak məqsədilə aldıqları mallara xərclədiyi vəsaitin 49,5 faizi ərzaq məhsullarının, 5,5 faizi içkilər və tütün məmulatlarının, 14,1 faizi toxuculuq məhsulları, geyim və ayaqqabıların, 5,0 faizi elektrik malları və mebellərin, 2,3 faizi əczaçılıq məhsulları və tibbi ləvazimatların, 0,7 faizi kompüterlər, telekommunikasiya avadanlıqları və çap məhsullarının, 16,5 faizi isə digər qeyri-ərzaq mallarının alınmasına sərf edib.

Müəllif: Aysel Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə