BMT açıqladı - QİYMƏT ARTIB

Birləşmiş Millətlər Təşkilatı qida məhsullarının may ayında dünya miqyasında keçən ilin eyni dövrünə nisbətən 40% artdığını və bunun son 11 ildə ən yüksək artım olduğunu açıqlayıb. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, BMT-nin Qida və Kənd Təsərrüfatı Təşkilatının Qida Qiymətləri İndeksinə görə, qlobal əsas ərzaq məhsulları may ayında keçən ilin eyni dövrünə nisbətən 39,7% artıb. Bu, son 12 aya baxaraq 2010-cu ilin oktyabrından bəri ən böyük aylıq artımdır.

Qida Qiymətləri İndeksi taxıldan yağa, süd məhsullarından ətə və şəkərədək dünyanın müxtəlif ölkələrindəki məhsulların qiymətlərini izləyir. Bu indeks son 12 ayda dayanmadan artır.

Son məlumatlar ümumi inflyasiyanın artması və qida qiymətlərindəki artımın epidemiyadan sonra qlobal iqtisadiyyatın bərpa cəhdlərinə necə təsir göstərəcəyinə dair narahatlıqları artırır.

Nərmin Hüseynova

Bütün xəbərlər Facebook səhifəmizdə