Əməkçi miqrant yoxluğu rusları problemlə üzləşdirib...

Ruslar məhbus əməyindən də yararlanmaq istəyirlər
Əməkçi miqrant yoxluğu rusları problemlə üzləşdirib...

Bu günlərdə Rusiya Penitensiar Xidmətinin direktoru Aleksandr Kalaşnikov maraqlı bir təkliflə çıxış edib. Belə ki, o Rusiyada əməkçi kimi məhbuslardan xidmətindən yararlanmağın vacibliyini bildirib.

Qeyd edilməlidir ki, bu gün koronovirus səbəbindən Rusiyadan çıxarılan əmək miqrantları hələ ki, geri qayıtmayıblar. Təbii ki, bu da rusları ölkədə işçi qüvvəsinin çatışmaması kimi bir problemlə üz-üzə qoyub.

Məsələn, Kalaşnikov bu gün Rusiyanın cəzaçəkmə müəssisələrində cəza çəkən 188 mindən artıq insanın ölkənin müxtəlif, lap elə tikinti sektorunda işləmək üçün müraciət etmək hüququna malik olduğunu bildirir.

Qeyd edək ki, bir müddət bundan əvvəl Yaxın Asiya bölgələrinin - Özbəkistan vəTacikistanın liderləri ilə görüş zamanı Rusiya prezidenti Vladimir Putin ölkəsinin ayrı-ayrı müəssisələrində çalışmaq istəyən miqrant axınının necə qurulacağını da müzakirə edib.

Məsələ bundadır ki, əvvəlki illərdən fərqli olaraq, qarşıdakı illərdə rus müəssisələrində çalışacaq əmək miqrantlarına bəzi güzəştlər veriləcək. Belə ki, Rusiyaya gələn əməkçi miqrantlar ailələrini yerləşdirmək üçün ailəvi yataqxanalarla təmin ediləcəklər. Bundan əlavə, onlara yaxşı maaş veriləcəyinə də təminat verilməsi nəzərdə tutulur.

Qeyd edək ki, xidmət direktorunun sözlərinə görə, miqrantların çalışacağı bölgələrdə bütün bunlara, yəni miqrantların hüquqlarının qorunmasına yerli ombudsmanlar nəzarət edəcəklər.

…Yeri gəlmişkən onu da bildirək ki, bu gün Rusiyada məhbus əməyindən yararlanmağı təklif edən Aleksandr Kalaşnikov ötən il ölkənin cəzaçəkmə müəssisələrində cəza çəkən 860.000-mindən artıq məhbusun bu il 483.000-ə düşdüyünü də nəzərə çatdırıb.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə