Tahir Budaqov Özbəkistanın ölkəmizdəki səfiri ilə görüşüb

Aprelin 20-də Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin sədri Tahir Budaqov Özbəkistan Respublikasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Bahrom Əşrəfxanovla görüşüb. SİA-nın verdiyi məlumata görə, Azərbaycan-Özbəkistan münasibətlərinin inkişafında dövlət başçılarının rolunun xüsusi qeyd edildiyi görüşdə bütün istiqamətlərdə olduğu kimi, statistika sahəsində də əməkdaşlığın əhəmiyyəti vurğulanıb, qarşlıqlı əlaqələrin inkişaf perspektivləri barədə ətraflı fikir mübadiləsi aparılıb.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə