Rusiyanın İqtisadiyyat Liseyinin mütəxəssisləri, ölkədə staj tələblərinin artması səbəbiylə, yaşa görə sığorta pensiyası ala bilməyənlərin sayının artacağına dair xəbərdarlıq edib.

SİA bu barədə rus mətbuatına istinad edir.

Mütəxəssislər ölkədə qeyri-rəsmi məşğulluğun təhlükəli həllə gəldiyini, əmək haqqının isə aşağı səviyyədə qaldığını bildirirlər.

“Rusiya əmək bazarının bu xüsusiyyətləri nəzərə alınaraq, staj və fərdi pensiya əmsalı üçün tələblərin artması məcburi pensiya sığortası sisteminin əhatə dairəsinin daralması riskini yaradır”. Bunu da İqtisadiyyat Liseyinin əməkdaşları bildirir.

Onların fikrincə, bu ölkədə yoxsulluğun artmasına təkan verəcək.

Qeyd edək ki, son illərdə Rusiyada pensiyadan imtina edənlərin sayı artmaqdadır. Məsələn, Rusiya Təqaüdçülər Birliyinin sədri Valeri Ryazanski hazırda bəzi rusların “obyektiv səbəblər” üzündən pensiyadan imtina etdiklərini bildirir. Səbəb isə pensiya qanunvericiliyindəki dəyişikliklərdir.

Ryazanskinin sözlərinə görə, bu gün Rusiyada bir çox insan köhnə qanunlara etibar edirdilər.

Xatırladaq ki, köhnə qanunlara görə ödəmələri təyin etmək üçün beş illik təcrübəyə sahib olmaq kifayət idi.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...