Martın 16-da SOCAR və "Qazprom Export" şirkəti Rusiya qazının nəqli üzrə qısamüddətli müqavilə imzalayıb. SİA xəbər verir ki, bu barədə Rusiya mətbuatı yazır və qeyd edir ki, razılaşma müqaviləsi "Şimali Qafqaz – Zaqafqaziya" qaz kəmərində planlı təmir işləri zamanı Ermənistandakı istehlakçılara qaz tədarükünün (Azərbaycan ərazisi ilə – red.) davam etdirilməsi üçün əldə edilib.
Belə ki, Azərbaycanla Rusiya tərəfinin razılaşmasına görə sözügedən qaz kəmərinin Rusiya hissəsində aparılacaq planlı profilaktik təmir işləri zamanı mavi yanacaq istehlakçılara Azərbaycan ərazisi ilə Gürcüstan sərhədinədək çatdırılacaq.
Qeyd olunur ki, təmir işləri üç həftəyə yaxın davam edə bilər və işlər başa çatdırıldıqdan sonra qazın nəqli əvvəlki marşrutla, yəni Rusiya və Gürcüstan sərhədindən Ermənistana nəql edilməkdə davam etdiriləcək.
SOCAR-dan da qeyd olunub ki, "Şimali Qafqaz – Zaqafqaziya" magistral boru kəmərində müvəqqəti təmir işləri aparılır və bununla əlaqədar Rusiya tərəfi özünə məxsus olan təbii qazın Azərbaycan ərazisindən Gürcüstan ərazisinə tranzit nəqli ilə bağlı Azərbaycana müraciət edib. Nəticədə müvafiq ödəniş müqabilində Rusiya qazının Azərbaycan üzərindən Gürcüstana müvəqqəti tranzit nəqli ilə bağlı razılıq əldə olunub.
Qeyd edək ki, bunu SOCAR-ın İctimaiyyətlə əlaqələr və tədbirlərin təşkili idarəsinin rəis müavini İbrahim Əhmədov bildirib və deyib ki, qazın nəqlinə bu gün start veriləcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB