Ermənistanda işsizlərin sayı artır

Dünənədək Azərbaycanın Kəlbəcər rayonu ərazisində yerləşən Söyüdlü -Zod qızıl mədənini talayan ermənilər indi zəlil duruma düşüblər. SİA ermənilərin “Panorama.am” saytına istinad edərək bildirir ki, Azərbaycan Ordusu işğal altındakı əraziləri geri aldıqdan sonra yüzlərlə erməni işsiz qalb. Bununla bağlı erməni saytı yazır: “Ermənistanın müxtəlif bölgələrindən gəlib burada işləyən yüzlərlə ailə indi çörəksiz qalıb”. Təbii ki, erməni başbilənləri bütün bunları gözə almalı idilər. Onlar “özgə atına minənin tezliklə düşəcəyi” məsəlini anlamalıydılar. İndi isə sızlamaq üçün heç bir əsas yoxdur.

Maraqlıdır ki, iqtisadçı ekspert Hayk Mnatsakanyan mədən işində azalmanın nəticələrinin Ermənistanan büdcə gəlirlərinə təsirsiz ötüşməyəcəyini bildirir. Onun cözlərinə görə, itkilər olduqca böyükdür, bunun nəticələri isə yalnız indi deyil, gələcəkdə də hiss olunacaq. Ermənistanın ÜDM-na diqqət cəkən, Mnatsakanyan burada mədən sənayesinin xüsusi rol oynadığını bildirir.

Ermənistan büdcənin doldurulması prosesində Zod qızıl mədəninin əsas rol oynadığını etiraf edən erməni iqtisadçı ölkə büdcəsi ilə bağlı problemlərin gələcəkdə görünəcəyini gizlətmir. Onun fikrincə, gələcəkdə problemlərin dərinləşməsinin qarşısını almaq üçün hökumət bu mövzuda fəal şəkildə çalışmalıdır. Ümumiyyətlə, iqtisadçıya görə, mədənin məhdud işi nəticəsində nəinki işsizlik artıb, həm də iqtisadiyyat xeyli dərəcədə zərər görüb. Onun fikrincə, yaranmış şəraitdə analiz aparıb problemləri azaltmaq üçün tədbirlər görmək lazımdır.

Agasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə